“Barselona” 47-ci dəfə bu kuboku qazandıbackend

“Barselona” 47-ci dəfə bu kuboku qazandı

Avqustun 11-nə keçən gecə ənənəvi və hər il keçirilən Coan Qamper Kubokunun final oyunu keçirilib və burada kataloniyalı “Barselona” İtaliya “Komo”nu 5:0 hesabı ilə məğlub edib.

KONKRET.az lent.az-a istinadən bildirir ki, qalib komandanın qollarını Fermin (dubl), Lamin Yamal (dubl) və Rafinha vurub.

Oyunun taleyini görüşün 50-ci dəqiqəsində həll edən İspaniya çempionu İtaliya komandasının müdafiəsinə beş dəfə zərbə endirib.

Nəticədə “blauqrana” tarixində 47-ci dəfə ölkə kubokunu qazanıb.

Coan Gamper Kuboku ənənəvi olaraq 1966-cı ildən Kataloniya komandasının himayəsi altında keçirilən yoldaşlıq turniridir.

Kubok əfsanəvi prezident və “mavi qranatlar”ın yaradıcısı Coan Qamperin adını daşıyır.

Xatırladaq ki, bir il əvvəl Hansi Flikin komandası son 12 ildə ilk dəfə bu Kubok uğrunda oyunda məğlubiyyətlə üzləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*