Baş ağrısını kəsən təbii vasitələr açıqlandıbackend

Baş ağrısını kəsən təbii vasitələr açıqlandı

Bir çox insan gündə bir neçə dəfə baş ağrısından şikayətlənir. Bəzən bu vəziyyət dözülməz hal alaraq, bütün günü davam edir, daha güclənir, ürəkbulanma, iştahsızlıq yaradır.

Bu cür ağrını yaradan bir çox səbəblər var. Buna hava şəraiti, yorğunluq və sair amillər təsir edə bilər. Bəs baş ağrısını necə aradan qaldırmaq olar?

KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, ilk növbədə ağrıya kofein müsbət təsir edə bilər. Baş ağrısını kəsmək üçün kofe və ya kofein tərkibli çay içə bilərsiniz.

Boyunun arxasına və ya alına isti kompres edə bilərsiniz. Bu, gərginliyi aradan qaldıra bilər.

Yoqa baş ağrısı üçün ən effektli vasitədir. Yüngül boyun hərəkətləri ilə ağrını aradan qaldıra bilərsiniz.

Hind qozu şirəsi və quyu suyu baş ağrısına təsir edir. Bu, həm də stressi azaldır.

Hər gün təmiz havada gəzmək, qaçmaq, üzmə kimi idman növləri baş ağrısını tamamilə aradan qaldırır. Qaranlıq otaqda 15 dəqiqə sakit uzanmaq da ağrını azaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*