Baş həkim qanunsuz orqan alverində şübhəli bilindibackend

Baş həkim qanunsuz orqan alverində şübhəli bilindi

Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şimkentdə 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Abılay Donbay insan orqanlarının qanunsuz çıxarılması və transplantologiya ilə məşğul olan transmilli cinayətkar qrupda iştirakına görə tutulub.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, həkim Cinayət Məcəlləsinin “Transmilli cinayətkar qrupda iştirak etmə” və “İnsan orqanlarının qanunsuz çıxarılması” maddələri ilə cinayət əməllərində ittiham olunur.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Həkimin tutulmasının səbəbi məhkəmədənkənar araşdırma olub. Araşdırma zamanı məlum olub ki, iki il ərzində ölkədə insan orqanlarının transplantasiyası sahəsində sabit cinayətkar qrup fəaliyyət göstərib. Qrupun təşkilatçıları xarici ölkələrin vətəndaşları, donorlar isə çətin maliyyə vəziyyətləri səbəbiylə böyrəklərini satmaq məcburiyyətində qalan Özbəkistan, Qırğızıstan, Ukrayna vətəndaşları, alıcılar isə xarici ölkələrin, əsasən də İsrailin varlı vətəndaşları olub.

İstintaqa görə, Transplantologiya və Hepatobilyar Cərrahiyyə şöbəsinin müdiri Abılay Donbay bu qrupla bir araya gələrək külli miqdarda pul mükafatı müqabilində böyrəklərin çıxarılması və köçürülməsi üçün qanunsuz əməliyyatlar keçirirmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*