Baş Nazir işdən çıxardı, nazir isə yeni vəzifə verdibackend

Baş Nazir işdən çıxardı, nazir isə yeni vəzifə verdi

Ermənistanın müdafiə naziri David Tonoyanın əmri ilə general-polkovnik Movses Akopyan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib. KONKRET.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin digər əmrləri ilə general-mayor Kamo Koçunts Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidməti rəisinin müavini, polkovnik Vaçaqan Nersisyan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin baş müfəttişi təyin edilib.

Bundan əvvəl Baş nazir Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş Movses Akopyan və onun iki müavini Kamo Koçunts və Vaçaqan Nersisyan vəzifələrindən azad edilmişdilər.

Movses Akopyan məxməri inqilabdan sonra Baş Nazir Nikol Paşinyanın qərarı ilə ötən il mayın 24-də baş hərbi müfəttiş təyin edilmişdi. Xatırladaq ki, bundan əvvəl o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutmuş, daha əvvəl isə uzun illər Dağlıq Qarabağın Müdafiə Ordusuna rəhbərlik etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*