Baş nazirin 21 il əvvəlki şəkli üzə çıxdı: “Axmaqlıq olub” – FOTObackend

Baş nazirin 21 il əvvəlki şəkli üzə çıxdı: "Axmaqlıq olub" - FOTO

Bundan əvvəl rəngli corabları ilə diqqət mərkəzinə düşən Kanadanın baş nazir Castin Trüdo bu dəfə “brownface” makiyajı ilə gündəm olub.

Konkret.az-ın xəbərinə görə, Kanadanın baş naziri Castin Trüdonun 2001-ci ildə üzünü qaraldaraq iştirak etdiyi şənlikdə çəkilmiş fotosu ortaya çıxıb.

Məlumata görə, həmin fotoşəkil “Time” jurnalına iş adamı Mişel Adamson tərəfindən göndərilib. Görüntülərdə 29 yaşı olan baş nazirin “West Point Grey Academy” cəmiyyətinin üzvü olduğu dönəmdə çəkildiyi açıqlanıb.

Kanadada oktyabrın 21-də keçiriləcək seçkilərdən əvvəl gündəmə gətirilən şəkil haqqında Castin Trüdo bunları deyib:

“Bu hərəkətimə görə kanadalılardan məni bağışlamalarını istəyəcəm. Axmalıq olub. Özüm özümü xəyal qırıqlığına məruz qoydum və bu hərəkətimə görə özümə hirsliyəm”.

Qeyd edək ki, kanadalı baş nazir ölkəsində multikulturalizmin tərəfdarıdır. Onun formalaşdırdığı hökumət kabinəsindəki nazirlərdən 3-ü hind əsillidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*