backend

Hədə-qorxu ilə fırıldaqçılıqda ittiham olunan Baş nazir işdən qovuldu

Qırğızıstan hökuməti Baş Nazirinin müavini Bakıt Kalmuradov hədə-qorxu ilə fırıldaqçılıq ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun məlumatına görə, Baş Nazir Məhəmmədqalı Abulhəziyev, hüquq-mühafizə orqanlarının ortaya çıxan məlumatları ədalətli və obyektiv araşdırmalı olduğunu söyləyib.

Kalmuradovun adı yerli mediada yayımlanan bir materialda hallanırdı. Jurnalistlər hələ mart ayında İqtisadi Cinayətlərə Qarşı Mübarizə Dövlət Xidmətinin Çuy bölgəsindəki müstəntiqləri Ulukbek Esen və Arzumat Arıkovun 50 min dollar rüşvət aldıqlarından şübhələnmişdilər. Bu məbləğə görə, iş adamı Emir Emilkanova qanuna görə məhv edilməli olan 80 ton ördək filesini geri qaytaracaqlarına söz veriblərmiş.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Sahibkar ördək filesinin qaçaq yolla alınmadığını və yüklərə dair iddiaların onun rüşvət verməyə məcbur edilməsi üçün xüsusi edildiyini vurğulayıb. Emilkanovun sözlərinə görə, əvvəlcə könüllü olaraq dostu Kalmuradova müraciət edib. Ancaq Baş Nazir müavininin ona kömək etməyəcəyini tez başa düşüb və əlaqəni kəsməyə çalışdı. Lakin bundan sonra Kalmuradov guya cinayət təqibi ilə hədələyərək onu təqib etməyə və pul tələb etməyə başlayıb. İş adamı əlavə edib ki, şərti cəza aldıqdan sonra Kalmuradova iddialar irəli sürüb. Onun fikrincə, rüşvət sayəsində məhkəmə ona bəraət verməli idi. Lakin nəticədə yükün vəd edildiyi kimi geri qaytarılmasına da nail ola bilməyib, bunun əvəzinə yeni bir cinayətdə iştirakda ittiham edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*