Baş nazirin sarayından qızıl unitaz oğurlanıb – VİDEObackend

Baş nazirin sarayından qızıl unitaz oğurlanıb - VİDEO

KONKRET.az-ın Avropa ölkələri üzrə müxbiri xəbər verir ki, saraydan xalis 18 karatlıq qızıldan hazırlanmış unitaz oğurlanıb.

Yerli polisin bildirdiyinə görə, oğurluq səhər saat 5 radələrində baş verib. Qızıldan hazırlanmış və tam işlək vəziyyətdə olan unitaz saraya italiyalı rəssam-konseptualist Mauritsio Kattelanın sərgisi çərçivəsində gətirilibmiş. Sərgi iştirakçılarına unitaz “Amerika” adı ilə təqdim olunurmuş.

Polis oğurluqda şübhəli bilinən 66 yaşlı kişini saxlasa da, unitaz hələ tapılmayıb.

Üç il əvvəl unitaz Nyu Yorkun Guqqenhaym Muzeyində sərgilənmişdi və o zaman ziyarətçilər bir milyon funtluq unitazdan istifadə etmək şansı qazanmışdılar. Sərgidən sonra isə unitaz ABŞ Prezidenti Donald Trampa da təklif olunmuşdu.

Sonda qeyd edək ki, insidentin baş verdiyi XVIII əsrdə tikilmiş Blenheym Sarayı YUNESKO-nun Beynəlxalq İrs Fonduna aiddir. Bu sarayda Britaniyanın sabiq baş naziri Ser Vinston Çörçill anadan olmuş və uşaqlıq illərini keçirmişdi.

Saraydan oğurlanmış qızıl unitaz

İngiltərənin Oksfordşir əyalətindəki Blenheym Sarayından milyon funtluq oğurluq hadisəsi baş verib.

Gepostet von Konkret.az am Sonntag, 15. September 2019

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*