Baş nazirin televiziyada canlı yayımı zamanı zəlzələ baş verdi, qorxmadı – VİDEObackend

Baş nazirin televiziyada canlı yayımı zamanı zəlzələ baş verdi, qorxmadı - VİDEO

Yeni Zelandiyanın paytaxtında bu gün 5.8 bal gücündə zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Zəlzələ zamanı Baş nazir Jacinda Ardern canlı efirdə müsahibə verib, lakin o, zəlzələdən qorxmayıb və söhbətini davam etdirib.

Zəlzələ 30 saniyə sürüb, tələfat və zərər verməyib, ancaq Vellinqtonda çaxnaşmaya səbəb olub. Mənzillərində və ofislərində olan insanlar masaların altında gizləniblər.

Jacinda Ardern bu anda Yeni Zelandiyalıların “Uley” adlandırdığı parlament binasında televiziyaya müsahibə verib.

Videoda kameranın tərpəndiyi görsənir və baş nazir tavana baxaraq deyir: “Bizdə zəlzələ var, Rayan”.

“Arxamdakı cisimləri görsəniz, güclü təkandır. “Uley” daha çox titrəyir” deyə o, izləyənlərə müraciət edərək bildirib.

Ondan söhbəti davam edib-etməyəcəyini soruşanda Ardern cavab verib: “Bəli, sona çatdı. Bizimlə hər şey yaxşıdır. Üstümdə heç bir çilçıraq yoxdur. Buna görə də doğru yerdə olduğumu düşünürəm”.

Sonra zəlzələnin gücünü öyrənərək şərh edib: “Güclü təkan deyil”.

Yeni Zelandiyanın zəlzələ məlumat xidməti GeoNet-ə görə, 36,800-dən çox insan zəlzələni hiss edib.

Bunun ardınca 40 dəfə zəif təkanlar olub.

Xilasetmə xidmətləri şəhərə maddi ziyan dəymədiyini, ancaq Vellinqtondakı bütün elektrik qatarlarının texniki baxış üçün dayandırıldığını bildirib.

Yeraltı təkanlar Yeni Zelandiyalılar üçün yeni deyil. Ada dövləti zəlzələ zonasında yerləşir.

185 nəfərin ölümü ilə nəticələnən 6.3 bal gücündə olan 2011-ci il zəlzələsindən Kristchurch şəhəri hələ də bərpa olunur.

2016-cı ildə 7,8 bal gücündə zəlzələ 1,4 milyard dollar zərər verib. Episentrə yaxın olan Kaykura şəhərində iki nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*