Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi o oldubackend

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi o oldu

DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib.

KONKRET.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov vəzifədən azad edilib. O, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, bu vəzifəni 2016-cı ildən bu ilin fevralınadək polis general-mayoru Nüsrət Şirinov tuturdu. O, sabiq daxili işlər naziri Ramil Usubovun qaynıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*