Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Enriko Apriamovun oğlu Gevork Apriamov İrəvanda baş verən qəzadan sonra saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə shamshyan.com saytı yazıb.
Belə ki, avqustun 22-də Sopron küçəsində 38 yaşlı Gevork Apriamov idarə etdiyi “Hundai Sonata” markalı avtomobillə “Opel” markalı avtomobillə toqquşub.
O, hadisə yerinə gələn polisə səhhəti ilə əlaqədar avtomobilin idarəetməsini itirdiyini izah edib.
Gevork Apriamov Erebuni tibb mərkəzinə aparılsa da tibbi yardımdan imtina edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Apriamovla birlikdə hadisə yerinə qayıdıblar. Onun avtomobilinə baxış zamanı pipetkalar və narkotikə oxşar maddə aşkar edilib.
Apriamov Nor Nork polis bölməsinə aparılıb, iş materialları isə cinayət işini açan İstintaq Komitəsinə verilib.
Xatırladaq ki, 2018-ci ildə də Apriamov “Hyundai Sonata” ilə qəza törədib. Sonra o, Alabyan küçəsində qarşıdan gələn zolağa çıxıb, Monte Melkonyan hərbi məktəbinin hasarına çırpılıb və onun ərazisinə düşüb.
Rəsmiyyə Şərifova.
KONKRET.az