Qohar Meloyan: “Baş qərargah rəisi vəzifələrini icra etməyə davam edəcək”
Konstitusiya hüququ üzrə mütəxəssis Qohar Meloyan Baş Qərargah rəisinin işdən çıxarılması ilə əlaqədar başlayan prosesin qanunsuz olduğunu iddia edir.
KONKRET.az xəbər verir ki, o, özünün facebook səhifəsində bunları yazıb:
“Baş Qərargah rəisi vəzifələrini yerinə yetirməyə davam edəcək. Konstitusiyanın 155-ci maddəsinin 3-cü hissəsində bu, öz əksini tapıb. Silahlı Qüvvələrin baş qərargah rəisini Baş nazirin təklifi ilə Konstitusiya ilə müəyyən edilmiş müddətə Respublika Prezidenti tərəfindən təyin olunur.
Yəni Baş Qərargah rəisini vəzifəsindən kənarlaşdırma səlahiyyətləri, siyasi qüvvələrin tarazlığı vəziyyətində silahlı qüvvələrin toxunulmazlığını qorumaq Konstitusiya ilə məhdudlaşır.
Qanunda açıq-aşkar göstərilir ki, işdən çıxarılma səbəbləri ümumidır: vətəndaşlıq itkisi, son hökm, istefa məktubu və s.).
Konstitusiyanın 139-cu maddəsi Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifədən azadetmə hallarını və prosedurlarını müəyyənləşdirir.
Başqa sözlə, Konstitusiya Baş Qərargah rəisinə xüsusi bir status verir və nə Pespublika prezidentinə, nə də Baş nazirə Baş Qərargah rəisini istefaya məcbur etməyə imkan vermir.
Doğrudur, “Hərbi vəzifə və hərbi qulluqçu statusu haqqında” Qanunun 40-cı maddəsinin 3-cü hissəsi yüksək rütbəli komandir heyətinin öz qərarlarına görə vəzifədən azad edilməsini nəzərdə tutur. Qanunun bu maddəsi Baş Qərargah rəisinə şamil edilmir, çünki dediyim kimi, Konstitusiya belə bir imkanı təmin etmir və Konstitusiya qanunlardan üstündür.
Nəticə etibarilə Baş Qərargah rəisinin istefası ilə əlaqədar başlayan proses özü qanunsuzdur və Onik Qasparyan vəzifələrini yerinə yetirməyə davam edəcəkdir”.
Natiq Səlim,
KONKRET.az