Baş Qərargah: Rusiyanın üç sursat anbarı məhv edildibackend

Baş Qərargah: Rusiyanın üç sursat anbarı məhv edildi

Bu gün Ukrayna qoşunları Rusiya ordusunun komanda məntəqələrini, cəmləşmə rayonlarını və silah-sursat anbarlarını vurub.

KONKRET.az-ın Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hesabatına istinadən verdiyi məlumata görə, Ukrayna aviasiyası sutka ərzində Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin cəmləşdiyi ərazilərə 13 zərbə endirib.

Ukrayna müdafiəçiləri həmçinin İranın 20 “Shahed” PUA-sını, həmçinin Orlan-10 operativ-taktiki səviyyəli pilotsuz uçan aparatını məhv ediblər.

Eyni zamanda, raket və artilleriya bölmələri Rusiyanın 2 komanda məntəqəsini, S-300 zenit-raket kompleksini, hərbi cəmləşmə zonasını, iki sursat anbarını və beş artilleriya bölməsini vurub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, həmin gün Rusiya ordusu qanadlı raketlərindən istifadə etməklə Ukraynaya beş raket zərbəsi endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*