Nərimanov metrostansiyasında qatarda sıxlıq olarkən təxminən 24-25 yaşlı naməlum şəxs 22 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Qız həmin şəxsə irad bildirdikdə mübahisə baş verib və o, qızı yumruqla vuraraq ərazidən uzaqlaşıb.
KONKRET.az xəbər verir ki, dərhal polisə şikayət edən qız tibbi ekspertizadan keçirilib. Faktla bağlı araşdırma aparılır.
Basabas orqazmı – frotterizm!
Avtobus, yaxud metro qatarı çox sərnişinli olanda əks cinsin nümayəndələrinə toxunmaq istəyənlərə elmdə frotterist deyirlər. Latıncadan tərcümədə frottere – sürtüşməkdir. Frotterizm qüsurdur, beynəlxalx aləmdə buna seksual travma, çatışmazlıq deyirlər. Yəqin ki, nəqliyyat vasitələrində bununla ən çox rastlaşan qadınlardır. Amma əksi də olur. Məsələn, oxşar basabaslarda mənim ön nahiyələrimi özünü toxundurmaq istəyən xanım və geylər az olmayıb. O ki qaldı sürtüşmək şəhvətinin tarixinə, frotterizm XX əsrin ortalarında London metrosunun açılışı ilə yayılıb. Sonra da Tinto Brassın erotik filmlərində geniş təbliğ olunub. Frotteristlər normal münasibətdə çox utancaq və həssas olurlar. Onlar seksual potensialı kəşf olunmamış fərdlərdir. Əslində ehtirasları barədə tərəf müqabilləri ilə söhbətdən çəkiniblər. Seksoloqların fikrincə:
• Sürtüşənlər daha çox ucqar bölgələrdən gəlib gördüyü gözəllik bolluğu qarşısında nəfsinə qalib gələ bilməyənlərdir.
• Frotterizm yayda daha fəaldır. Çünki bədənlərdə geyim az yer tutur və toxunuş daha parlaq emosiyalar bəxş edir.
– Dünyada ən çox sürtüşən Yaponiyadadır. Onlara “tikan” deyirlər və mənası pozğundur. Məktəbli qızlar sürtüşmənin cinayət məsuliyyətinə cəlb olunmaqla nəticələnəcəyini bildirən nişan taxırlar.
– 90-cı illərdə dünyada qadınların 95 faizi sürtüşməyə məruz qalıb. 2000-ci ildə bu rəqəm 48.7-yə düşüb.
Xilas yolu
Alimlərin fikrincə, sizə sürtünənin cinsəl təcavüzündən qurtulmaq istəyirsinizsə, onunla üzbəüzə çevrilin. Yəni mübahisələr bəzən Nərimanov metrosundakı kimi insidentlərlə yekunlaşır. Nəqliyyat vasitəsində polis yoxdursa, sərnişinlərdən də yardım istəmək olar. Ən yaxşı müdafiə isə diqqət və ehtiyatlı olmaqdır. Sağa-sola da tez-tez baxın ki, frotteristlərin şansı qalmasın.
Frotteristlərə müalicə
Fahişəlik Azərbaycanda leqal deyil. Amma ölkədə bolluca fahişə və priton var. Belə əxlaqsızlıq yuvaları daha çox disko klub və masaj salonu adı ilə fəaliyyət göstərir. Əgər frotteristlər ara-sıra Bakı-Sumqayıt yolundakı reydlərdən qorxub yenə də tələbatlarını sürtüşməklə ödəmək istəyirlərsə, narahat olmasınlar. Bakının mərkəzi hissəsinin – 28 may, Nizami, Sahil metrostansiyaları ətrafının demək olar ki, hər küçəsində belə masaj salonları var. Heç polisin də həmin obyektlərlə işi yoxdur. Yəni frotterizmlərini elə yerlərdə müalicə edə bilərlər. Bununla yanaşı, sırf tanışlıq saytlarındakı 10 xanım profilindən minimum 6-sı eskort xidmətləri göstərir. Onların da xidmətindən yararlansalar, avtobus və metroda camaatın anasını, bacısını narahat etməzlər.
Anar Rəhimov,
KONKRET.az
P.S. Əxlaqsızlıq yuvalarının ünvanını vermək pozğunluğun reklamı deyil. Sadəcə, Bakıdakı real və eybəcər mənzərənin təsviridir.