KONKRET.az xəbər verir ki, döyüşçü rus mediasına açıqlamasında bu hadisələrin onun həyatında dönüş nöqtəsi olduğunu bildirib. O, həmçinin həyat hekayəsinin ekranlaşdırılması üçün bir kinostudiya ilə müqavilə bağladığını açıqlayıb.
Hazırda Əliyev müalicə üçün xəstəxanadadır və burada olduğu müddətdə gələcək fəaliyyətlərini planlaşdırır. Sağaldıqdan sonra xüsusi əməliyyat zonasına qayıtmağı düşünən hərbçi, göstərdiyi qəhrəmanlıqla böyük diqqət cəlb edib.
Qeyd edək ki, Zəkərya Əliyev haqqında ilk geniş müzakirələr 2024-cü ilin noyabrında yayılan video görüntülərdən sonra başlanıb./yenisabah