“Başlarına oyun açacam” – Elgiz saytları HƏDƏLƏDİbackend

"Başlarına oyun açacam" - Elgiz saytları HƏDƏLƏDİ

Bu gün bir sıra saytlarda şou və sosial verilişlərin tanınmış aparıcıları, xüsusilə ARB, ATV, XƏZƏR telekanallarının aparıcılarının prokurorluğa çağrılması ilə bağlı xəbər yayılıb.

KONKRET.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı ARB telekanalının aparıcısı Elgiz Əkbərlə əlaqə saxlayıb.

O, bu barədə məlumatı təkzib edib.

“Məni niyə prokurorluğa çağırsınlar ki? Mən nə cinayət törətmişəm ki, məni prokurorluğa çağırsınlar? Əgər bu xəbəri həqiqətən belə yazıblarsa, mən onları məhkəməyə verib başlarına oyun açacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*