Başmaq və hündürdaban ayaqqabıda maşın sürənlər CƏRİMƏLƏNƏCƏK — Bu ölkədəbackend

Başmaq və hündürdaban ayaqqabıda maşın sürənlər CƏRİMƏLƏNƏCƏK — Bu ölkədə 

İsti havada maşın sürərkən başmaq və ya hündürdaban ayaqqabı geyinmək təkcə sürücülük rahatlığını deyil, həm də təhlükəsizliyi pozur.

KONKRET.az xəbər verir ki, mütəxəssislər xəbərdarlığına əsasən, bu cür ayaqqabılar pedalı idarə etməyi çətinləşdirir və qəzalara səbəb olur.

Qanunla açıq şəkildə qadağan edilməsə də, sürücülük təhlükəsizliyinə xələl gətirən hər hansı davranış kimi, uyğun olmayan ayaqqabı seçimi cərimə ilə nəticələnə bilər.

Türkiyə qanunvericiliyində başmaq ilə avtomobil sürməyin qadağan olunduğu açıq şəkildə göstərilmir. Bununla belə, polis rəsmiləri bildirirlər ki, sürücülük təhlükəsizliyinə xələl gətirən istənilən davranış cəzalandırıla bilər.

Yəni, pedalları idarə etməyi çətinləşdirən ayaqqabılar “nəqliyyat vasitəsini təhlükəsiz idarə etməmək” üçün yol hərəkəti cəzası ilə nəticələnəcək.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*