“Başqa regionlara “bunlarını soxmaq” əvəzinə… –  Qərbə demokratiya DƏRSİbackend

“Başqa regionlara “bunlarını soxmaq” əvəzinə... - Qərbə demokratiya DƏRSİ

“Qərb ölkələrinə ictimai asayişin bərpa edilməsi, Şərqə isə “demokratiya” dərsi”. Bu tezis uzun illərdir ki, dünyaya ikili standartlardan yanaşan Qərbin əsəs siyasi prioritetinə çevrilib. Öz hüquq və azadlıqlarını təmin etmək üçün küçələrə axışan sivil vətəndaşlarını dəyənəkdən tutmuş, rezin güllələrə qədər bütün vasitələrlə susdurmağa çalışan Qərb dövlətlərinə “gözün üstə qaşın var” deyən yoxdur. Lakin söhbət Şərq ölkələrindən düşəndə, həmin an saxta demokratiya kəlməsi işə düşür. Bu ikili standartlara isə təəssüf ki bütün dünya susur. Avropa ölkələrində dinc aksiyaların zorakılıqla dağıdılması, kütləvi həbslər və cəza tədbirlərinin tətbiqi  faktlarla sübutua yetirilib. əslində isə heç faktlara da ehtiyac yoxdur, çünki Qərbin vandallığı hər zaman göz önündə olub.  Bu cür hallara yol verən ölkələrin başqalarına “demokratiya” adı altında irad tutması üçün heç bir mənəvi haqqı olmasa da, belə hallar təəssüf ki baş verir. Məsələn etiraz edən vətəndaşına ən kəskin üsullarla təzyiq göstərən Fransa və onun timsalında digər Qərb ölkələri, beş-on nəfər pravakatorun qarşısını alan Azərbaycan dövlətini sərbəst toplaşmaq azadlığını və insan haqlarını pozmaqda günahlandırır. Bu isə heç bir bir məntiqə sığmır.

Mövzunu KONKRET.az-a şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi şərhçi Zaur Məmmədov deyir ki, bəzi Qərb dövlətlərinin timsalında insan haqqları adı altında müxtəlif ölkələrə təzyiqlər edilməsinin şahidi oluruq: “Artıq hər kəsə bəllidir ki, əgər həmin ölkələrin daxilindəki insan haqqlarından söhbət gedirsə, bu məsələyə bir münasibət, başqqa dövlətlərdən söhbət gedirsə tamam fərqli mövqe sərgiləyirlər. Bu konteksdə biz bir daha Fransa və Almaniyada mayın 1-də baş verənləri müşahidə etdik. Bu hadisələr birmənalı şəkildə sərbəst toplaşmaq azadlığı və insan haqlarına, ümumiyyətlə isə demokratik dəyərlərə zidd idi. Çünki söhbət həmin kütləvi aksiyalarda iştirak edən və siyasi hakimiyyətə alternativ olan xüsusilə solçulardan gedir ki, bu öz-özlüyündə  digər məsələlərdən xəbər verir”.

Zaur Məmmədov

Zaur Məmmədov əlavə edib ki, Avropa İttifaqının mərkəz ölkələri sayılan bu dövlətlərdə baş verənlər həmin hakimiyyətlər üçün bir sınaq rolunu oynayır: “Həmin hakimiyyətlər başqa regionlara “bunlarını soxmaq” əvəzinə öz daxillərindəki ciddi problemləri həll etsələr, daha yaxşı olar”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*