Bayden ABŞ prezidenti kimi ilk ona ZƏNG ETDİbackend

Bayden ABŞ prezidenti kimi ilk ona ZƏNG ETDİ

ABŞ-ın yeni Prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra telefonla zəng etdiyi ilk xarici ölkə lider Kanada Baş naziri Castin Trüdo olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında ABŞ-Kanada münasibətlərinin strateji əhəmiyyəti, COVID-19-la mübarizədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və müdafiə sahəsində daha çox əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bildirilib.

ABŞ lideri Trüdodan sonra Meksika Prezidenti Andres Manuel Lopez Obradora da zəng edib.

Lopez Obrador Tvitter hesabında Baydenləsəmərəli bir görüş keçirdiklərini yazıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*