ABŞ Prezidenti Cozef Bayden “G20” sammitində liderlərin qrup fotosunda yer almayıb.
KONKRET.az xəbər verir ki, bu, dünya mediasında Baydenin Rusiya XİN rəhbəri Sergey Lavrovla eyni fotoda yer almamaq istəyi kimi qiymətləndirilib.
Ancaq Ağ Evdən bildirilib ki, Baydenin fotoda yer almamasına əsas səbəb logistik problemlər olub. Prezident görüş məkanına gecikib və buna görə fotoa yer almayıb.
Xatırladaq ki, noyabrın 18-19-u aralığında Braziliyada “G20” ölkələrinin liderlər sammiti keçirilir.
Natiq Səlim,
KONKRET.az