Rusiya prezidenti Vladimir Putin Ukraynanı parçalaya bilmədi.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Bayden deyib: “Putin 3 günə Kiyevi alacaqlarını düşünürdü. Amma Kiyevin mərkəzinə o yox, mən getdim. O, nə Ukraynanı ala bildi, nə də NATO-nu parçalamağı bacardı. Biz ilk dəfə Asiya ölkələri də daxil olmaqla, Ukraynanı dəstəkləmək üçün 50 ölkəni birləşdirdik. Biz Ukraynaya müqavimət göstərmək üçün misli görünməmiş sursat və sanksiyalar təqdim etmişik. Putin işğala başlayanda mənim iki məqsədim olub: Ukraynaya kömək etmək üçün dünyanı birləşdirmək və nüvə gücləri arasında müharibədən qaçmaq üçün bu gün Amerika xalqına deyə bilərəm ki, bizim düşmənlərimiz dörd il bundan əvvəl Rusiyanı ələ keçirəndən daha zəifdir. Bu, son 4 ildə getdikcə zəifləyir, bunun günahkarı onlardır. Bu gün Ukrayna hələ də azad, müstəqil, parlaq gələcək üçün potensiala malik ölkədir”, – deyə Bayden bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az