Bayden müalicəyə başladıbackend

Bayden müalicəyə başladı

ABŞ-nin keçmiş Prezidenti Co Bayden onkoloji xəstəliyi üçün təyin edilən dərmanları qəbul etməyə başlayıb. 

KONKRET.az xəbər verir ki, Bayden bu barədə Delaver ştatında tədbir zamanı danışıb.

Onun sözlərinə görə, hazırda cərrahla işləyir: “Proqnoz yaxşıdır, hər şey üzərində çalışırıq. Hər şey irəli doğru gedir və özümü yaxşı hiss edirəm. Bütün insanlar çox optimist ruhdadırlar”.

Bayden əlavə edib ki, müalicə 6 həftə ərzində konkret bir dərmanın qəbulunu nəzərdə tutur, daha sonra isə başqa dərman qəbul etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl 82 yaşlı Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*