Bayden namizədliyini geri götürür? – Qapalı toplantıda bu barədə DANIŞDIbackend

Bayden namizədliyini geri götürür? - Qapalı toplantıda bu barədə DANIŞDI

Bayden seçki yarışından geri çəkiləcəyi ilə bağlı şayiələri təkzib edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri özəl mənbələrinə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Baydenin seçki yarışını tərk etmək fikri də yoxdur.

“İcazə verin, bunu bacardığım qədər açıq deyim. Mən geri çəkilməyəcəm. Mən sona qədər bu yarışdayam və biz qalib gələcəyik”, – nəşrin iddiasına görə, bu sözləri ABŞ prezidenti dar çərçivədə keçirilən qapalı toplantıda deyib.

Nəşr demokratların Baydenin yerinə mümkün namizəd kimi baxdıqları ABŞ-nin vitse-prezidenti Kamala Harrisin də Baydenə dəstək verdiyini iddia edib:

“Biz geri çəkilməyəcəyik. Biz prezidentimizdən nümunə götürəcəyik. Mübarizə aparacağıq və qalib gələcəyik”.

Bir müddət əvvəl Amerikanın keçmiş prezidenti Donald Tramp bildirib ki, onun fikrincə, ABŞ prezidenti Co Bayden seçki yarışını tərk edir və onun yerinə vitse-prezident Kamala Harris gələcək. O qeyd edib ki, Harrisin seçkidə daha yaxşı namizəd olduğuna inanır.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*