Co Baydenin oğlu Hunter Bayden ABŞ dövlət başçısının 2024-cü ildə ikinci müddətə yenidən seçilməsinə ciddi maneəyə çevrilib.
KONKRET.az Amerikanın “Wall Street Journal”ına istinadən xəbər verir ki, 11 yanvar 2024-cü ildə Hunter Baydenin 1,4 milyon dollar vergidən yayınma işi ilə bağlı Kaliforniya ştatının federal dairə məhkəməsində çıxış etməsi planlaşdırılır.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ prezidenti Co Bayden oğlunun günahı sübuta yetirilərsə, onu əfv etməyəcək.
Vəli Həsənov,
KONKRET.az