Bayden Putinlə Rusiya və Ukrayna arasında müharibənin bitməsini müzakirə etməyə hazırdır.
KONKRET.az xəbər verir ki, cümə axşamı Bayden Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla bir neçə saatlıq danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Bayden Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünə toxunub. O əlavə edib ki, hələ fevralın sonundan başlayan işğalı dayandırmaq üçün Putin tərəfindən hər hansı bir hərəkət görmür.
“Mən Putinlə danışmağa hazıram, ancaq NATO müttəfiqləri ilə məsləhətləşmələrdən sonra. Mənim yaxın gələcəkdə cənab Putinlə ünsiyyət qurmaq fikrim yoxdur. Bunu özüm etmək fikrində deyiləm.
Bu müharibəni bitirməyin bir yolu var: Putinin Ukraynanı tərk etməlidir. Onun etdiyi şey iyrəncdir. Əgər o, müharibəni bitirmək üçün bir yol axtarırsa, bunu etməyib.
Bu arada Emmanuelin dediklərini tamamilə vacib hesab edirəm. Biz Ukrayna xalqını dəstəkləməliyik. Putinin Ukraynanı nə vaxtsa məğlub edəcəyi fikri ağlasığmazdır”, – Bayden deyib.
Makron ABŞ-ın Ukraynaya əlavə hərbi və humanitar yardım göstərməyə davam edəcəyinə əminliyini ifadə edib.
“Bu, bizim dəyərlərimizlə bağlıdır. ABŞ-ın Ukraynanı dəstəkləməsi çox vacibdir”, – deyə Makron bildirib.
Bayden deyib ki, ABŞ hökumətin razılığı olmadan müharibəni bitirmək üçün “heç vaxt Ukraynadan güzəştə getməyi tələb etməyəcək”.
Xuraman Etibarlı,
KONKRET.az