“Bayden seçkidən əvvəl Amerikanı məhv edə bilər” – Trampbackend

"Bayden seçkidən əvvəl Amerikanı məhv edə bilər" - Tramp

“Bayden dünya müharibəsinə başlaya və seçkidən əvvəl ABŞ-ı məhv edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatında keçirilən mitinqdə deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası heç bir ölkə ilə düzgün siyasət yürütmür və buna görə bütün dünya müharibəyə məruz qala bilər.

“Seçkiyə yaxın olsaq da, vəziyyət dəyişə bilər… On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, – Tramp deyib.

O, Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməyəcəyi, həmçinin Baydendən fərqli olaraq dünya liderləri ilə anlaşa bilmə qabiliyyəti sayəsində Koreya yarımadasındakı vəziyyətə nəzarət edəcəyi tezisini təkrarlayıb.

Tramp qeyd edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibəti siyasi rəqiblərinin xoşuna gəlmir. Eks-prezident özünü Amerikanı xilas edə biləcək yeganə şəxs adlandırıb.

“Belə olan halda üçüncü dünya müharibəsindən söhbət gedə bilməz”, – deyə Tramp əlavə edib.

Qeyd edək kk,  ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Əsas mübarizənin Trampla Bayden arasında olacağı gözlənilir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*