Bayden son məqamda qohum-əqrabasını əfv etdibackend

Bayden son məqamda qohum-əqrabasını əfv etdi

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden  qardaşları Ceyms və Frensis və bacısı Valeri də daxil olmaqla, prezidentliyinin son dəqiqələrində ailə üzvlərini əfv etdi.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Ailəm yalnız mənə zərər vermək məqsədi ilə davamlı hücumlara və təhdidlərə məruz qalıb. Bu, partiya siyasətinin ən pis nümunəsidir. Bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur. Buna görə də Konstitusiyanın mənə verdiyi səlahiyyətdən Ceyms Bayden, Sara Cons Bayden, Valeri Bayden Ouens, Con Ouens və Frensis Baydeni əfv etmək üçün istifadə edirəm”, – deyə Bayden prezident kimi son bəyanatında bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*