ABŞ-da prezident Co Baydenin kortejində insident baş verib.
Prezidentin xidməti avtomobillərdən biri kortejə tərəf sürətlə irəlləyən naməlum maşınla toqquşub.
KONKRET.az xəbər verir ki, hadisə Baydenin Delaverdə seçki qərargahında olduğu vaxt qeydə alınıb.
Baydendən təxminən 40 metr aralıda baş verən toqquşmadan sonra güclü partlayış baş verib.Təhlükəsizlik xidməti prezidenti dərhal digər avtomobilə mindirərək Uilminqton şəhərinin mərkəzindəki binadan uzaqlaşdırıblar. Ağ Evin mətbuat xidmətindən bildirilib ki, həm prezident, həm də birinci xanım özlərini yaxşı hiss edir. Xatırladaq ki, Prezident və xanımı şam yeməyindən sonra seçki qərargahının qarşısına toplaşan jurnalistlərin qarşısına çıxmalıydılar.
Vəli Həsənov
KONKRET.az