“Bayern” PSJ-yə, “Portu” “Çelsi” yə qarşı – Çempionlar Liqasıbackend

“Bayern” PSJ-yə, “Portu” “Çelsi” yə qarşı - Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində daha iki oyun keçiriləcək.

KONKRET.az xəbər verir ki, gecənin ən maraqlı görüşü Almaniyanın Münxen şəhərində keçiriləcək. Burada Çempionlar Liqasının son finalçıları “Bayern” ilə PSJ qarşılaşacaq.

Qarşılaşma öncəsi hər iki komandanın heyətində yetərincə itkilər var. Almaniya çempionatının liderində Duqlas Kosta, Serj Qnabri, Robert Levandovski, Xavi Martines, Korenten Toliso kimi aparıcı oyunçular meydana çıxa bilməyəcək. Qonaqlarda isə Xuan Bernat, Mauro İkardi, Leven Kürzava, Leandro Paredes və Marko Verratti bu matçı buraxacaqlar.

Gecənin digər oyunu İspaniyada olacaq. 1/8 finalda “Yuventus”u mübarizədən kənarlaşdırmaqla sürprizə imza atmış “Portu” səfər məhdudiyyətlərinə görə “Çelsi”ni Sevilya şəhərində Ramon Sançes Pisxuan stadionunda qəbul edəcək. Nominal meydan sahiblərinin heyətində Məhəmməd Mbaye zədəli, Serjiu Oliveyra və Mehdi Taremi cəzalı olduqları üçün oynamayacaqlar. London təmsilçisində isə Kristian Pulişiçin meydana çıxıb-çıxmayacağı sual altındadır.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

23:00 “Bayern” (Almaniya) – PSJ (Fransa)

23:00 “Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə)

Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda “Liverpul” Madriddə “Real”a 1:3 hesabı ilə uduzub, “Mançester Siti” isə evdə “Borusiya”ya (Dortmund) klubuna qalib gəlib – 2:1.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*