Bayrağımızla bağlı görüntü erməniləri dəli etdi: Araik qəzəbləndi – VİDEObackend

Bayrağımızla bağlı görüntü erməniləri dəli etdi: Araik qəzəbləndi – VİDEO

Ötən gün İrəvandakı məşhur teleqüllənin Azərbaycan bayrağının rənglərinə boyandığına dair yayılan məlumatlar Ermənistanda təşvişə səbəb olub. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və Ermənistan KİV-də yayımlanan videoda teleqüllənin sıra ilə qırmızı, yaşıl və mavi rənglərdə işıqlandırıldığı görülür.

Sarı və narıncı rənglərdə də işıqlanmanın olmasına baxmayaraq, bu məsələ ölkədə “Azərbaycan bayrağı əks etdirilir” düşüncəsinin yaranmasına və narazılığa səbəb olub.

Ermənistanın baş nazir aparatının rəhbəri Araik Arutyunyan iddianın əsassız olduğunu bildirib.

O, teleqüllənin Azərbaycan bayrağının rənglərinə boyanmadığını, bunun sadə işıqlandırma olduğunu söyləyib. Arutyunyan iddiaları “hibrid axmaqlıq” adlandırıb və KİV-i dezinformasiya yaymaqda günahlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*