Bayram günlərində şəxsi avtomobili ilə rayonlara gedənlərin NƏZƏRİNƏbackend

Bayram günlərində şəxsi avtomobili ilə rayonlara gedənlərin NƏZƏRİNƏ

Bu gündən etibarən Azərbaycanda Yeni il tətili başlayıb. Paytaxtda yaşayan vətəndaşların bir çox tətili fürsət bilərək, istirahət məqsədi ilə rayonlara üz tutur. Onların əksəriyyəti səyahət zamanı daha çox fərdi nəqliyyat vasitələrindən istifadə edir. Uzaq yola çıxan zaman əsas şərtlərdən biri də məhz maşının sazlığından əmin olmaqdır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, hər hansı qəza və yaxud xoşagəlməz hadisənin baş verməməsi üçün sürücülər yola çıxmadan öncə nəqliyyat vasitələrinin sazlığını mütləq yoxlamalıdır:

“Fərdi avtomobilllərlə rayonlara səhayət etmək artıq ənənəyə çevrilib. Ümumiyyətlə, digər dövlətlərdən fərqli olaraq bizdə turlarla və yaxud ictimai nəqliyyat növləri ilə səyahətə çıxmaq vərdişi çox azdır. İnsanlarımız fərdi nəqliyyat vasitələri ilə uzaq yola çıxmadan öncə maşının sazlığına, dinamikliyinə və hərəkət trayektoriyasına fikir verməlidir. Bunlar hamısı şərtdir və vacibdir. Bu baxımdan nəqliyyat vasitəsinin sazlığına və hər hansısa texniki probleminin olmamasına diqqət etmək lazımdır. Avtoqəzaların baş verməməsi üçün sürücülər mütləq bu amilləri nəzərə almalıdır”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*