“Bayraqdar”dan yeni taktika ilə istifadə edəcəyik – UKRAYNAbackend

"Bayraqdar"dan yeni taktika ilə istifadə edəcəyik - UKRAYNA

Ukrayna Silahlı Qüvvələri “Bayraqdar” kəşfiyyat-zərbə kompleksləri və “Javelin” tank əleyhinə sistemlərindən istifadənin yeni taktikasını işləyib hazırlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna SQ-nin rəhbəri Valeri Zalujnıy deyib.

“Biz partnyorlardan Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıran maddi-texniki yardım kimi yüksək texnologiyalı silahlar almışıq. Bunlar xüsusən “Bayraqdar” kəşfiyyat-zərbə sistemləri və “Javelin” tank əleyhinə raket kompleksləridir. Biz onlardan döyüş şəraitində istifadənin yeni taktikalarını işləyib hazırladıq və onları briqada və alay komandirlərinə nümayiş etdirdik. Həmçinin gecə və zəif görmə şəraitində onların mürəkkəb tətbiqini göstərdik”, – deyə o bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*