Bədəni çürüyən azərbaycanlı modelin videosu yayıldıbackend

Bədəni çürüyən azərbaycanlı modelin videosu yayıldı

Xəbər verdiyimiz kimi, dolğu vurdurduqdan sonra ağır fəsadlarla üzləşən azərbaycanlı model Leyla Mirzəliyeva bir neçə gün əvvəl yenidən əməliyyat olunub.

KONKRET.az publika.az-a istinadən xəbər verir ki, bu barədə model özü instaqramda məlumat yayıb.

O, özünü yaxşı hiss etmədiyini və hələ də ağrıları olduğunu qeyd edib. Dünən axşam isə model ağlayan görüntülərini paylaşaraq çətin günlər yaşadığını bir daha bildirib.

Qeyd edək ki, Leyla Mirzəliyeva süni gelləri bədənindən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına uzandığını açıqlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*