Bəhram Bağırzadənin həyat yoldaşı: “Səhhəti yaxşı deyil, ağırdır”backend

Bəhram Bağırzadənin həyat yoldaşı: "Səhhəti yaxşı deyil, ağırdır"

Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə onun səhhətindəki son vəziyyət haqqında danışıb.

KONKRET.az xəbər verir ki, Şəhla Bağırzadə teleqraf.com-a açıqlamasında Bəhram Bağırzadənin səhhətində yaxşı olmadığını deyib:

“Səhhəti yaxşı deyil, ağırdır, stabildir. Heç bir irəliləyiş yoxdur. Sadəcə gözləyirik”.

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. Onun ağciyər toxumasının 90%-dən çoxu zədələndiyi üçün ECMO cihazına qoşublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*