Bekhem və arvadına zadəgan titulu veriləcəkbackend

Bekhem və arvadına zadəgan titulu veriləcək

Futbol üzrə İngiltərə millisinin keçmiş ulduzu – Devid Bekhem Britaniya Kralı Çarlzın ad günü münasibətilə gələn həftə keçiriləcək təntənəli təbdirlər çərçivəsində “Sir” zadəgan titulu ilə təltif olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, canlı futbol əfsanəsi son zamanda xeyriyyə kampaniyalarında fəal iştirakı ilə yadda qalıb. O xüsusilə aztəminatlı uşaqlara etdiyi ianələrlə tanınır.

Təltifat mərasimində Devid Bekhemlə yanaşı onun modelyer və keçmiş müğənni (Spice Girls qrupunun keçmiş üzvü) həyat yoldaşı Viktoriya Bekhemin də paralel olaraq “Leydi” zadəgan titilu ilə mükafatlandırılacağı bildirilir.

Son vaxtlar cütlüyün müntəzəm olaraq Britaniya kralı ilə ziyafətlərdə və başqa ictimai tədbirlərdə birgə görüntüləndiyini qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*