Bekhemin oğlu atasının əməkdaşlıq etdiyi şirkətin rəqibi ilə anlaşdıbackend

Bekhemin oğlu atasının əməkdaşlıq etdiyi şirkətin rəqibi ilə anlaşdı

Devid Bekhemin oğlu Romeo dünyanın ən tanınmış brendlərindən olan “Puma” ilə müqavilə imzalayıb.

KONKRET.az “Daily Mail”ə istinadən xəbər verir ki, Romeo atasının müqavilə bağladığı “Adidas”ın rəqibi olan şirkətlə uzunmüddətli əməkdaşlığa başlayıb.

Ata Bekhemin futbolçu karyerasının çox hissəsi alman idman markası ilə əlaqəli idi və 2003-cü ildə dəyəri 115 milyon funt-sterlinq olan ömürlük müqavilə bağlamışdılar. Lakin onun oğlu, 19 yaşlı Romeo, fərqli bir yolla gedərək “Puma” brendini seçməyə qərar verib.

“Puma” şirkəti verdiyi elanda Romeonun karyerasının növbəti mərhələsini bu marka ilə birlikdə görməkdən həyəcanlı olduqlarını və gənc futbolçunun onlara yeni imic qazandıracağına ümid etdiklərini açıqlayıb.

Romeo, atasının ABŞ-da təsis etdiyi “İnter Mayami”nin farm-klubu sayılan “Fort Lauderdale” ilə ikinci mövsümə hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*