Belarus daha bir yarışdan məhrum edildibackend

Belarus daha bir yarışdan məhrum edildi

Bu il müasir pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq.

KONKRET.az-ın məlumatına görə, Beynəlxalq Müasir Pentatlon Birliyinin (UIPM) rəsmi saytı xəbər verir ki, ölkə 7-13 iyunda Minskdə planlaşdırılan yarışı keçirmək hüququndan məhrum edilib.

Müvafiq qərar Belarusdakı siyasi hadisələrlə əlaqədar qəbul olunub. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış eyni tarixdə, amma başqa ölkədə təşkil olunacaq.

Qeyd edək ki, Belarus daha əvvəl büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*