Belarus müxalifətçiləri Kravtsov və Rodnenkov Ukrayna ərazisində saxlanıldıbackend

Belarus müxalifətçiləri Kravtsov və Rodnenkov Ukrayna ərazisində saxlanıldı

Belarus müxalifətinin Koordinasiya Şurasının üzvləri Anton Rodnenkov və İvan Kravtsov Ukraynada tutulub.

KONKRET.az xəbər verir ki, bundan əvvəl Rodnenkov və Kravtsovun Ukrayna ərazisinə getdiyi və Mariya Kolesnikovanın dövlət sərhədində tutulduğu bildirilmişdi.

“Əldə etdiyimiz məlumata görə, qarşılıqlı əlaqə zamanı Rodnenkov və Kravtsov Ukrayna ərazisində tutulub”. Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski belə deyib.

Bundan əvvəl, prezident seçkilərinin nəticələri ilə razılaşmayan Belarus müxalifətinin nümayəndələri, hakimiyyətin dəyişdirilməsi üçün Koordinasiya Şurası yaradıldığını elan ediblər.

Respublikanın Baş Prokurorluğu hakimiyyəti ələ keçirmək çağırışları ilə bağlı cinayət işi açıb.

Müxalifət Şurası respublikanın konstitusiyasına əsaslanaraq təyin etdiyi bütün hədəf və metodların qanuni olduğunu iddia edir.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*