Belarus müxalifətçisi Kolesnikovanın hansı təcridxanada olduğu açıqlandıbackend

Belarus müxalifətçisi Kolesnikovanın hansı təcridxanada olduğu açıqlandı

Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Mariya Kolesnikova tutulub və Volodarski küçəsindəki 1 saylı təcridxanadadır.

KONKRET.az xəbər verir ki, bunu yerli TUT.BY portalı Kolesnikovanın atası Aleksandr Kolesnikova istinadən yayıb.

“İstintaq idarəsinin baş istintaq şöbəsinin istintaq qrupunun rəhbəri Vasilyuk məni zəng edərək qızımın həbs olunduğunu bildirdi. “Yanına nəsə gətirə bilərsiniz” sözlərini dedi” deyə portal Kolesnikovun sözlərini yazıb.

Koordinasiya Şurası Rəyasət Heyətinin yeddi üzvündən altısı ya tutulub, ya da zorla xaricə aparılıb.

Portal bildirir ki, yalnız Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç azadlıqdadır.

Bundan əvvəl keçmiş prezidentliyə namizəd Viktor Babarikonun qərargahı Mariya Kolesnikovanın Mozır sərhəd gözətçi dəstəsində olduğunu bildirmişdi. Kolesnikova dövlət sərhədində saxlanılıb.

Babək Göyüş                                                                                

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*