Belarus müxalifətinin gözü Soçidə: Putinlə Lukaşenkonun görüşü keçirilirbackend

Belarus müxalifətinin gözü Soçidə: Putinlə Lukaşenkonun görüşü keçirilir

Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti-yə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Müzakirələr başladı” deyib Peskov.

Görüş Rusiya prezidentinin Soçi iqamətgahında baş tutur. Daha əvvəl Peskov RİA Novosti-yə iki lider arasındakı ünsiyyətin Bakı vaxtı ilə saat 15.00 radələrində başlayacağını söyləmişdi.

Liderlərin ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və ittifaqların inkişafındakı əsas məsələləri müzakirə edəcəyi gözlənilir.

Birlik Dövləti çərçivəsində ticarət, iqtisadi, enerji, mədəni və humanitar sahələrdəki böyük layihələrin inteqrasiya perspektivlərinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Eyni zamanda görüşdən və mətbuat konfransından sonra ortaq sənədlərin imzalanması planlaşdırılmır.

Lukaşenko Putinlə görüşü zamanı iki ölkə arasındakı münasibətlərdə həssas mövzulara nöqtə qoyulacağını deyib.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*