Belarus Nikaraqua, Venesuela və Kubadan mal alacaqbackend

Belarus Nikaraqua, Venesuela və Kubadan mal alacaq

Belarus bəzi ölkələrdən sanksiya tətbiq olunan malları öz malları ilə mübadilə edə bilər. Söhbət Nikaraqua, Venesuela və Kubadan gedir.

KONKRET.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Minsk Qərbin sanksiyaları səbəbindən təkbaşına ala bilmədiyi malları bu ölkələrə sata bilər.

Ekspertlərin fikrincə, bunu Belarusun baş naziri Roman Qolovçenkonun bağladığı hökumətlərarası sazişlər sübut edir. İyulun 14-dən 19-dək Qolovçenko Nikaraqua, Venesuela və Kubaya səfər edib, ikitərəfli iqtisadi əməkdaşlığa dair müqavilələr imzalayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*