Belarus prezidenti kreslosu üçün beş namizəd mübarizə aparacaqbackend

Belarus prezidenti kreslosu üçün beş namizəd mübarizə aparacaq

Belarus Mərkəzi Seçki Komitəsi prezidentliyə 5 namizədi – hazırkı dövlət başçısı Aleksandr Lukaşenko və daha dörd namizədi qeydə alıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Mənbə bildirir ki, namizədlər arasında sabiq deputat Anna Kanopatskaya, “Qramada” Belarus Sosial Demokrat partiyasının sədri Sergey Çereçen, “Həqiqəti söylə” birliyinin həmsədri Andrey Dmitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı – Svetlana Tikhanovskaya da var.

Eyni zamanda, keçmiş bankir Viktor Babariko qeydiyyata alınmayıb. MSK bu namizədin bəyannamədə əks olunmayan qanunsuz gəlirləri lə bağlı Dövlət Nəzarəti Komitəsinin məlumatlarına istinad edib.

Babariko və oğlu Edvard iyunun ortalarından bəri həbsdədirlər.

Bundan əlavə, MSK Yüksək Texnologiyalar Parkının keçmiş rəhbəri Valeri Çepkalonu qeydiyyata almayıb. Komissiyaya görə, o, namizədliyini dəstəkləmək üçün lazımi sayda etibarlı imzaları toplaya bilməyib.

MSK, hətta onun həyat yoldaşının bəyannaməsində də səhv məlumatlar tapıb.

Belarusda prezident seçkiləri avqustun 9-da keçirilməlidir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*