Belarus qadınları da küçələrə axışdı: təhlükəsizlik qüvvələrinə qarşı etiraz edirlər – VİDEObackend

Belarus qadınları da küçələrə axışdı: təhlükəsizlik qüvvələrinə qarşı etiraz edirlər - VİDEO

Çərşənbə günü belaruslu qadınlar Minskdə icazəsiz aksiya keçirərək, təhlükəsizlik qüvvələrinin respublikanın şəhərlərində etiraz aksiyalarının yatırılması zamanı etdiyi hərəkətlərə qarşı çıxıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, icazəsiz aksiya səhər saatlarında Minskin mərkəzində yerləşən Komarovski bazarının girişində başlayıb.

Əsasən ağ geyimli qadınlar, etiraz aksiyaları zamanı tutulanların sərbəst buraxılmasını tələb edərək bazarın girişində dayanıblar. Onların bir çoxu əllərində ürək şəklində çiçəklər və ağ zərflər tutublar. Belarusun müxalif düşüncəli vətəndaşları üçün ağ rəng hökuməti dəyişdirmək arzusunu simvollaşdırır.

Etirazlar zamanı saxlanılan vətəndaşları dəstəkləmək üçün Komarovski bazarının yaxınlığında çıxış etdikdən sonra qadınlar Belarus Milli Elmlər Akademiyasına doğru eyni cərgədə yürüş ediblər.

Müstəqillik prospekti ilə hərəkət edən sürücülər onları avtomobil siqnalları ilə dəstəkləyiblər. Bir neçə asayiş keşikçisi qadınların karvanında gəzir, baş verənləri izləyir, amma heç bir tədbir görmürlər.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*