Belarus taxta-şalban ixracını KƏSKİN ARTIRDI: Satış bazarları sırasında Azərbaycan da varbackend

Belarus taxta-şalban ixracını KƏSKİN ARTIRDI: Satış bazarları sırasında Azərbaycan da var

Bu il Belarusun taxtaşalban ixracının həcmi tarixi maksimuma çatıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko ilə görüşündə respublikanın meşə təsərrüfatı naziri Aleksandr Kulik bildirib.

“Sanksiyalara qədər biz ayda 60 min kubmetr taxta ixrac edirdik. Hazırda bu rəqəm 77 min kubmetrə çatıb. Bu, ixrac üçün tarixi maksimum tədarükdür”, – o deyib.

Sanksiyalar tətbiq olunana qədər Belarusdan bu cür məhsulların ən böyük idxalçısı və ixracın 56%-ni təmin edən Avropa İttifaqına taxtaşalban materiallarının tədarükü dayandırıldıqdan sonra Çin (sanksiyalardan əvvəl 37%) 52%-lə birinci yerə çıxıb. Həmçinin Azərbaycan (24%) və Rusiya (6%) Belarus taxta-şalbanının ən böyük satış bazarları sırasındadır.

Qeyd olunub ki, Belarus yeddi ayda 90,4 milyon dollar dəyərində taxta ixrac edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*