Belarus XİN: “KTMT-dən imtina ilə bağlı Ermənistandan heç bir bildiriş almamışıq”backend

Belarus XİN: "KTMT-dən imtina ilə bağlı Ermənistandan heç bir bildiriş almamışıq"

“Belarus gələcəkdə Ermənistanla konstruktiv əməkdaşlığa ümid edir”.

KONKRET.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.

“Bəli, biz Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsini gördük və onun bizim tərəfimizdən hər hansı şərhə ehtiyacı olduğunu düşünmürük. Bizim erməni həmkarlarımızla normal əlaqəmiz var. Ermənistan bizim tərəfdaşımız olaraq qalır, KTMT ilə bağlı məsələlər ikitərəfli qarşılıqlı fəaliyyətimiz zamanı daim diqqət mərkəzindədir”, – Anatoli Qlaz vurğulayıb.

Onun sözlərinə görə, Belarus tərəfi gələcəkdə cari məsələlərin bütün spektri üzrə İrəvanla konstruktiv əməkdaşlığa ümid edir.

“KTMT-nin fəaliyyətinin hüquqi aspektlərinə gəlincə, bununla bağlı bizə heç bir rəsmi bildiriş daxil olmayıb”, – mətbuat katibi qeyd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*