ABŞ Dövlət Departamenti amerikalıları Belarusu tərk etməyə çağırıb.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə departamentin saytı məlumat yayıb: “ABŞ vətəndaşları Belarusa səfər etməkdən çəkinməli, orada olanlar isə dərhal ölkəni tərk etməlidirlər”. Səbəblər arasında Belarus Müdafiə Nazirliyinin Rusiyaya dəstəyi, ABŞ vətəndaşlarının saxlanılma riski, iğtişaşların mümkünlüyü və səfirliyin ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğudur: “ABŞ vətəndaşları fövqəladə vəziyyət zamanı mümkün gediş planlarını mütəmadi olaraq nəzərdən keçirməlidir. Qonşu dövlətlərlə sərhəd keçid-məntəqələri əvvəlcədən xəbərdarlıq edilmədən bağlanır. Belarusun Litva, Polşa, Latviya və Ukrayna ilə sərhədlərində keçid məntəqələrinin əlavə bağlanması mümkündür. “, – Dövlət Departamentinin bəyanatında deyilir.Xatırladaq ki, ABŞ-nin Minskdəki səfirliyinin fəaliyyəti 28 fevral 2022-ci ildə dayandırılıb. Dövlət Departamentinin əmrinə əsasən, onun əməkdaşları təxliyə edilib. Yardıma ehtiyacı olan ABŞ vətəndaşları ABŞ-nin qonşu ölkələrdəki səfirlikləri və konsulluqları ilə əlaqə saxlamağa dəvət olunur.
Vəli Həsənoğlu,
KONKRET.az