Belarusda bir etirazçı ölüb – DİN-dən açıqlamabackend

Belarusda bir etirazçı ölüb – DİN-dən açıqlama

Belarus Daxili İşlər Nazirliyi kütləvi etirazlar və təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı bir nümayişçinin öldüyünü açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Olqa Çemodanova açıqlama verib.

Bu, nümayişçiyə qarşı edilən ikinci hücumdur. Avtomobilin altına düşən adamın öldüyü bildirilib.

“Xüsusi təyinatlılar ilə qarşıdurma zamanı etirazçılardan biri naməlum partlayıcı qurğunu asayiş keşikçilərinin üzərinə atmağa çalışıb” deyib Çemodanova.

O, cihazın kişinin əlində partladığını, nəticədə müxtəlif xəsarətlər aldığını qeyd edib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

9 avqust bazar günü Belarusda prezident seçkiləri keçirilib. Rəsmi məlumatlara görə, hazırkı prezident Aleksandr Lukaşenko səslərin 80,23 faizini toplayaraq qalib gəlib.

9,90 faiz əsas rəqibi, müxalifətçi Svetlana Tixanovskayaya nəsib olub.

Səsvermə başa çatdıqdan sonra ölkədə kütləvi etirazlar və polislə qarşıdurmalar başlayıb.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*