Belarusda müxalifət lideri qaçırıldı – Minsk polisi hadisəni araşdırırbackend

Belarusda müxalifət lideri qaçırıldı - Minsk polisi hadisəni araşdırır

Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Maksim Znak deyib ki, həmkarı Mariya Kolesnikova ilə əlaqə qura bilmir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Bundan əvvəl Belarus mətbuatı bu gün səhər naməlum şəxslərin Kolesnikovanı Minskdəki Milli İncəsənət Muzeyinin yaxınlığında üzərində “Əlaqə” sözləri yazılan mikroavtobusa oturduraraq qaçırdıqlarını yazmışdı.

“Kolesnikova ilə əlaqə qura bilmirəm”. Maksim Znak bu sözləri TASS-a bildirib.

Minsk şəhərinin Kyky.org nəşri sentyabrın 7-də səhər tezdən Koordinasiya Şurasının mətbuat katibi Anton Rodnenkov və Viktor Babarikonun qərargahının üzvü Qleb German ilə ünsiyyətin itdiyini yazıb.

Minsk polisi RİA Novosti-yə Kolesnikovanın qaçırıldığı iddia edilən məlumatları dəqiqləşdirdiklərini söyləyib.

“Bu məlumatları dəqiqləşdiririk” – deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*