Belarusda rusların saxlanması barədə hələ tam məlumatımız yoxdur – Peskovbackend

Belarusda rusların saxlanması barədə hələ tam məlumatımız yoxdur - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya tərəfinin Belarusda rusların tutulması ilə bağlı hələ tam məlumatı olmadığını və bu vəziyyətin aydınlaşacağını söyləyib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Bu gün səfirimiz Xarici İşlər Nazirliyi və Minskdəki həmkarları ilə əlaqə qurur. Gözləyirik ki, bu rabitə nəticəsində, eləcə də xüsusi xidmətlərin kanalları vasitəsilə baş verənlər haqqında hərtərəfli məlumat alacağıq” deyib.

Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi hələ də baş verənlər barədə tam məlumat əldə etməyib.

“Bilirik ki, dünən Belarusda 33 Rusiya vətəndaşı tutulub, 200 nəfər hələ də axtarışdadır. Rusların tutulmalarına səbəb ola biləcək hər hansı bir qanunsuz hərəkətləri barədə məlumat yoxdur. Minsk nümayəndələrindən rusların guya prezident seçkiləri ərəfəsində Belarusda vəziyyəti qarışdıqları barədə rəsmi açıqlamalarını eşidirik. Biz hələlik heç nə bilmirik” deyib.

“Əlbəttə, ümid edirik ki, tutulan Rusiya vətəndaşlarının bütün hüquqları tam qorunacaq”, – deyə Kremlin nümayəndəsi bildirib.

Peskov onu da vurğulayıb ki, Rusiyada qanuni olaraq özəl hərbi şirkət yoxdur:

“Buna görə biz rusların saxlanmasının səbəbləri barədə Belarus tərəfdən məlumat gözləyirik”.

“Ruslar və belaruslar bir-birlərinə sərbəst şəkildə səyahət edirlər. Rusiya Federasiyasında çox sayda belaruslu kişi, o cümlədən oxşar geyimdə olanlar var və ya əksinə. Bunlar hamısı tamamilə qanunlara tabe olan insanlardır”. Peskov yekunlaşdırıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*