Belarusda seçkilər: hərbçilər, növbələr və həbslər – Lukaşenko qalib gələcəkmi?backend

Belarusda seçkilər: hərbçilər, növbələr və həbslər – Lukaşenko qalib gələcəkmi?

Belarusda keçirilən prezident seçkilərində səsvermə müxalifət fəallarının həbsi ilə müşayiət olunur. Ötən gün ərzində Svetlana Tixanovskayanın qərargahının bir neçə əməkdaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Anna Krasulina “Tut.by” nəşrinə 9 avqust bazar günü məlumat verib.

Onun sözlərinə görə, səsvermə günü səhər saatlarında Baş Qərargah rəisi Mariya Moroz, Tixanovskayanın köməkçiləri Oleq Moiseyev, Tatyana Kanevskaya, Yuri Vlasov, Andrey Smolençuk saxlanılıb. Eyni zamanda, Smolençuk 15 gün həbs cəzası alıb.

Qərargahın üzvü Anton Staşevski İstintaq Komitəsinə aparılıb. Qərargahda tutulan digər məhbuslarla bağlı heç bir məlumat yoxdur.

“Qomel bölgəsində də həbslər baş verir”. Bunu DW telekanalına keçmiş prezidentliyə namizəd Nikolay Statkeviçin tərəfdaşı Yelena Davıdova deyib.

Onun sözlərinə görə, Qomel bölgəsinin şəhərlərində Tixanovskaya tərəfdarları ilə koordinasiya edilmiş mitinqlər keçirib.

“Səkkiz nəfərdən yalnız mən azadlıqda qaldım. İki nəfər qaça bildi, beşi həbs olundu, üçü Svetlana Tixanovskayanın silahdaşları idi” deyib.

Davıdovanın sözlərinə görə, seçki günü səhər 7-dən etibarən beş təhlükəsizlik işçisi onun qapısını sındıracaqları ilə hədələyərək evinin yaxınlığında növbədədir.

“Bütün müstəqil müşahidəçilər seçki məntəqələrindən qovulur, protokollar tərtib olunur. Komissiya onları xuliqanlıqda ittiham edir”. Yelena Davıdova deyib.

Sosial şəbəkələrdə bildirilir ki, Belarusda seçki günü Minskin kənarında hərbi keçid məntəqələri meydana gəlib. Onlar şəhərə daxil olanları lentə alır və avtomobillərini yoxlayır.

“Minskə girişdə avtomobillər hərbçilər tərəfindən yoxlanılır. Yerli sakinlərin dediyinə görə, şəhərə aparan magistral yollarda nəqliyyat vasitələri dayandırılır və sənədlər yoxlanılır”, “Telegram”dakı “Podyom” səhifəsindəki mesajda deyilir.

Video müəlliflərindən biri iddia edir ki, hərbçilər sənədləri yoxlayarkən, avtomobildə oturan mütəxəssislər baş verən hər şeyi lentə alırlar.

Bu arada respublika Mərkəzi Seçki Komissiyası seçicilərin 50 faizdən çoxunun iştirak etdiyi üçün seçkilərin etibarlı olduğunu deyib.

Belarusda keçirilən prezident seçkilərində erkən səsvermənin beş günü ərzində seçicilərin 41,7 faizinin seçki məntəqələrinə gəldiyi bildirilib.

Daha əvvəl məlum olub ki, Belarusdakı prezident seçkilərinin əsas günündə istifadəçilər internetə qoşula bilmədiklərindən şikayətlənirlər.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*