Belarusdan Azərbaycana gələn 40 tondan çox kartof məhv ediləcəkbackend

Belarusdan Azərbaycana gələn 40 tondan çox kartof məhv ediləcək

Belarusdan Azərbaycana gətirilən 41 tondan çox kartofda zərərvericilər aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

“Lars 77” MMC-nin müraciəti əsasında Agentliyin əməkdaşları Belarusdan gətirilən kartofdan nümunələr seçərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər.

Aparılan analizlərin nəticələrinə görə, ümumi çəkisi 20 980 kq olan kartof partiyasında – kartofun qəhvəyi bakterial çürüməsi, ümumi çəkisi 20 450 kq olan kartof partiyasında isə üzük çürüməsi aşkar edilib.

Qanuna uyğun olaraq istehlaka yararsız məhsulların utilizasiyası barədə qərar qəbul edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*